Dəmirtaşla Gülənin birgə dövlət çevrilişi planları ortaya çıxdı - ŞOK FAKTLAR

Dəmirtaşla Gülənin birgə dövlət çevrilişi planları ortaya çıxdı - ŞOK FAKTLAR
10:57 18 Noyabr 2016
85 Dünya
Ölkə mətbuatı
A- A+

Xalqların Demokratik Partiyasının (HDP) başqanı, kürdlərin lider olaraq qəbul etdiyi Səlahəddin Dəmirtaşın Fətullah Gülənlə birgə dövlət çevrilişi planları ortaya çıxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Türkiyə xüsusi xidmət orqanlarının hazırladığı hesabatda yer alıb.
Hesabatda qeyd olunur ki, Səlahəddin Dəmirtaş və Fətullah Gülən Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) hökumətini devirmək üçün 6 il kuryer vasitəsi ilə bir-birləri ilə gizli danışıqlar aparıblar.
Hesabatda deyilir ki, HDP 15 iyul hadisələri öncəsi Türkiyədə terror hücumları təşkil etməklə bağlı PKK-ya təlimat göndərib: "Həmin təlimatdan sonra isə Türkiyənin bir sıra bölgələrində PKK tərəfindən terror aktları təşkil olunub. Həmçinin, Fətullah Gülənin qardaşları olan Kutbettin ve Mesih Gülen HDP üzvü Erhan Kahramanla İzmirdə bir araya gələrək çevriliş planını müzakirə ediblər. Bundan az sonra isə Səlahəddin Dəmirtaş və Gülənin adamı olan Sırrı Sakık telefonla danışıq aparıblar. Hətta, Fətullah Gülən HDP üzvü olan və PKK-nın terror hücumlarını dəstəkləyən Erhan Kahramana FETÖ daxilində "HDP-li tələbəmiz" adını da verib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR