"Bəyin oğurlanması"nın Əhməd dayısı Bakıda - FOTO

"Bəyin oğurlanması"nın Əhməd dayısı Bakıda - FOTO
11:05 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan kinosunun tanınmış siması, "1001-ci qastrol", "De ki, məni sevirsən!", "İşgüzar səfər", "Nizami", "Bəyin oğurlanması", "Alman klinikasına şəxsi səfər", "Ölsəm... bağışla" filmlərində maraqlı obrazlar yaradan Rəsmi Cəbrayılov Bakıya gəlib.

Milli.Az primetime.az-a istinadən bildirir ki, Rusiyanın Mayakovski adına Moskva Akademik Teatrında çalışan 84 yaşlı aktyor Azərbaycan tamaşaçılarına "Bəyin oğurlanması" filmində Əhməd dayı obrazı ilə tanışdır. Bakıya sonuncu dəfə 35 il əvvəl gəldiyini deyən aktyor azərbaycanlı sənətkarlar ilə uzun illərdir görüşmədiyini də vurğulayıb.

Qeyd edək ki, milliyyətcə ləzgi olan Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan Respublikasının Qasımkənd rayonunda anadan olub. 

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR