Azərbaycanda qeydiyyatda olan sifilis xəstələrinin əksəriyyəti kişilərdir

Azərbaycanda qeydiyyatda olan sifilis xəstələrinin əksəriyyəti kişilərdir
11:07 18 Noyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan 1084 nəfər sifilis xəstəsi var.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeydiyyatda olan xəstələrin 690 nəfəri kişi, 394-ü qadındır.
Ötən il ölkədə 560 insana ilk dəfə sifilis diaqnozu qoyulub ki, onlardan 347-si kişi olub. Bu da o deməkdir ki, il ərzində əhalinin hər 100 000 nəfərindən 5,9 nəfərinə qeyd olunan xəstəliyin diaqnozu qoyulub.
Ötən il ilk dəfə süzənək diaqnozu ilə qeydə alınanların sayı 538 nəfər olub ki, onalardan da 444-ü kişilər olub. Qeydiyyatda 112 süzənək xəstəsi var ki, onların da 93 nəfəri kişidir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR