Xaricdə yaşayan azərbaycanlılarla bağlı YENİLİK: rüsum ödəyəcəklər

Xaricdə yaşayan azərbaycanlılarla bağlı YENİLİK: rüsum ödəyəcəklər
11:09 18 Noyabr 2016
122 Digər
Ölkə mətbuatı
A- A+

Xaricdə yaşayan azərbaycanlılarla bağlı qanunvericilikdə dəyişiklik edilir.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun 5.3-cü maddəsinə təklif olunan dəyişiklikdə bildirilir ki, “Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran, xaricdə yaşayan azərbaycanlı müvafiq dövlət rüsumunu ödəməkdən azad edilir” cümləsində “müvafiq dövlət rüsumu ödəməkdən azad edilir” sözləri “tərəfindən dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir” sözləri ilə əvəz edilir.

 

Beləliklə, xaricdə yaşayan azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün müraciət edən zaman ondan bununla bağlı qanuna müvafiq olaraq rüsum tələb olunacaq.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 29-da müzakirəyə çıxarılacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259838

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR