"Yaprak dökümü"nün aktrisası "Əfsanə" ilə qayıdır

"Yaprak dökümü"nün aktrisası "Əfsanə" ilə qayıdır
11:12 18 Noyabr 2016
146 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kanal D-də başlayacağı gözlənilən "Efsane" ("Əfsanə") serialının qadın baş rol ifaçısı bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ABŞ-ın "Ağ kölgə" (The White Shadow) serialının ssenarisi əsasında çəkiləcək ekran işinə "Yaprak dökümü"nün ulduzu Gökçe Bahadır qatılıb. O, Erdal Beşikçioğlu ilə tərəf-müqabili olacaq.

Ekran işi dekabrda yayımlanmağa başlayacaq. Serialın rejissoru "Kiralık aşk", "Küçük Ağa", "Krem" kimi seriallarda rol alan aktyor Devrim Yalçın olacaq. "Efsane"də rol alacaq digər aktrisa isə Rojda Demirer olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR