Bakıda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyası işə başladı

Bakıda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyası işə başladı
11:12 18 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası öz işinə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbir zamanı maliyyə hesabı, eləcə də təşkilatın Maliyyə və texniki komitəsinin hesabatı müzakirə olunacaq.

Bundan başqa, təşkilatın baş katibi, İdarə Heyətinin sədri və üzvləri seçiləcək, Texniki və Etika komitələrinə seçkilər keçiriləcək.

TREND və AZƏRTAC informasiya agentlikləri OANA-nın üzvləridir.

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədilə yaradılıb. Təşkilata 35 ölkədən 43 agentlik daxildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR