Bakıda üzərinə qapı düşən 10 yaşlı uşaq ölüb

Bakıda üzərinə qapı düşən 10 yaşlı uşaq ölüb
11:27 18 Noyabr 2016
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda üzərinə qapı düşən 10 yaşlı uşaq 5 gün sonra ölüb.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, noyabrın 12-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan 10 yaşlı Nurlan Bədəllinin üzərinə həyətlərində dəmir qapı düşüb.
Xəstəxanaya yerləşdirilən uşaq noyabrın 17-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR