Ələt-Astara magistralında QORXUNC OLAY: Yanacaq daşıyan maşın aşdı

Ələt-Astara magistralında QORXUNC OLAY: Yanacaq daşıyan maşın aşdı
11:32 18 Noyabr 2016
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində "Ford" markalı minik avtomobili ilə "ZİL" markalı benzin daşıyan maşın toqquşub.

Güclü zərbədən "ZİL" markalı maşın aşıb, benzin yola dağılıb. 
 
Hazırda Ələt-Astara magistralı bağlanıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər, yola dağılan yanacağın təmizlənməsi üçün tədbirlər görülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR