Azərbaycanda kənd məhsulları brendinin yaradılması üçün konsepsiya hazırlanıb

Azərbaycanda kənd məhsulları brendinin yaradılması üçün konsepsiya hazırlanıb
11:42 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABAD layihəsinə dəstək verəcək. "Report" xəbər verir ki, bunu bu gün keçirilən "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı" adlı konfransda çıxış edən ABAD publik hüquqi şəxsin şöbə müdiri Elvin Şirinov deyib.

E.Şirinov bildirib ki, sosial layihə olduğu üçün SOCAR-la müqavilə imzalanıb. 
Şöbə müdiri deyib ki, ABAD kənd məhsulları brendinin yaradılması üçün konsepsiya hazırlayıb:
“Nənəmin təndiri”, “Məmmədovların armud cemi” və “Məmməd kişinin xurması" və s. ailə brendlərinin formalaşdırılması üçün işlər görüləcək. Bu brendlər hazırda "Made in Azerbaijan" brendi altında fəaliyyət göstərir. Hazırda biz pilot layihə kimi Masallıda fəaliyyətə başlamışıq”.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/abad-kend-mehsullari-brendinin-yaradilmasi-ucun-konsepsiya-hazirlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR