Prezident İlham Əliyev: "ABŞ-Azərbaycan əlaqələri Donald Trampın prezidentliyi dövründə uğurla davam edəcək"

Prezident İlham Əliyev: "ABŞ-Azərbaycan əlaqələri Donald Trampın prezidentliyi dövründə uğurla davam edəcək"
11:47 18 Noyabr 2016
91 Ölkə
Ölkə mətbuatı
A- A+

"ABŞ-Azərbaycan əlaqələri Donald Trampın prezidentliyi dövründə uğurla davam edəcək".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin bir qrup iştirakçısını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlətimizin başçısı qeyd edib: "Keçirilən sorğulara və Amerikanın aparıcı media qurumlarının gözləntilərinə baxmayaraq, ona qarşı aparılan aqressiv kampaniyaya baxmayaraq, Amerika xalqı ona böyük dəstək göstərdi, o, seçkilərdə qalib gəldi. Bu seçkilərə görə o, ancaq özünə borcludur. O, böyük hörmətə layiqdir. Ümid edirik ki, əvvəlki illərdə ABŞ ilə Azərbaycan arasında inkişaf edən əlaqələr onun prezidentliyi dövründə uğurla davam edəcək. Əməkdaşlıq üçün bir çox sahə, o cümlədən siyasi, iqtisadi, enerji və başqa sahələr var. Dünyada da onun siyasəti üçün çox böyük gözləntilər var. Bunun üçün də Azərbaycan olaraq ona uğurlar arzulayırıq və düşünürəm ki, Azərbaycan xalqı seçkilərdə baş verənləri qiymətləndirir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR