AFFA-dan xəbərdarlıq: ciddi sanksiyalar olacaq

AFFA-dan xəbərdarlıq:   ciddi sanksiyalar olacaq
11:57 18 Noyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmalarını davam etdirir. 


Fanat.Az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komissiyanın qərarına əsasən I divizion komandaları arasında bu gün keçiriləcək oyunlara nəzarəti daha da gücləndirmək məqsədilə hakimlər komandalara bu barədə də ciddi tapşırıqlar verəcək. Belə ki, oyundan əvvəl hakimlər məşqçilər və  futbolçularla görüşərək komissiyanın tapşırıqlarını onların nəzərinə çatdıracaq.


Komissiya tərəfindən bu istiqamətdə aparılan araşdırmaların nəticələri  AFFA-nın İcraiyyə Komitəsinə  təqdim olunacaq və  bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-dan-xbrdarlq-t54249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR