Bakıya yaşayış binasında yanğın olub.
Milli.Az FHN-ə istinadən bildirir ki, Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 55 m2 olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd aspirator və mətbəx mebeli qismən yanıb.
Yüksək temperaturdan mətbəxin və dəhlizin lambrindən ibarət tavanı 12 m2 sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az