“Şahdağ”ın yeni baş məşqçisi müəyyənləşdi - FOTO

“Şahdağ”ın yeni baş məşqçisi müəyyənləşdi -  FOTO
12:17 18 Noyabr 2016
104 İdman
Ölkə mətbuatı
A- A+


“Şahdağ”ın yeni baş məşqçisinin kimliyi bəlli olub. Fanat.Az xəbər verir ki, komanda müvəqqəti olaraq Kamran Nurəhmədova həvalə olunub.


Bu barədə klubun vitse-prezidenti Rüstəm Əzimov məlumat verib. Klub rəsmisinin sözlərinə görə, Adil Mahmudov öz istəyi ilə baş məşqçi postundan istefa verib: “Şahdağ” futbol klubunun baş məşqçisi Adil Mahmudov öz istəyilə istefa verib. Klub Mahmudova gördüyü işlərə görə öz minnətdarlığını bildirir. Belə ki, o, “Şahdağ”ın ən ağır günlərində kluba gələrək komandaya kömək edib. Onun klub qarşısındakı xidmətləri yüksəkdir. Və biz, bunu qiymətləndiririk”.


Qeyd edək ki, “Şahdağ” klubu 1967-ci il təvəllüdlü Kamran Nurəhmədovu cari mövsümdə futbolçu kimi sifariş verib. 49 yaşlı mütəxəssis I divizion oyununda meydana da çıxaraq, rekorda imza atıb. Kamtran bəyin oğulları Kamil və Habil də hazırda Qusar klubunun formasını geyinir.



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ahdan-yeni-ba-mqcisi-muyynldi-t54250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR