Komitə sədrinin həbs edildiyi deyilən qardaşı: "Adımı ləkələməklə məşğuldurlar"

Komitə sədrinin həbs edildiyi deyilən qardaşı: "Adımı ləkələməklə məşğuldurlar"
12:27 18 Noyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov bir neçə gün əvvəl Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən saxlanılması və 2 sutkalıq həbs olunması barədə yayılan məlumatlara cavab verib.

Milli.Az xəbər verir ki, Sahib İbrahimov ölkə.az-a açıqlamasında bildirib ki, barəsində yayılan məlumatlar yalandır:

"Bir vaxtlar mən də media sahəsində çalışmışam. Jurnalist etikasının nə olduğunu yaxşı bilirəm. Adamdan soruşmamış, dəqiqləşdirməmiş məlumatı niyə dərc edirlər? Yuxarıdan gələn zəng nə deməkdir? Məntiqsiz bir məqalə ilə adımı ləkələməklə məşğuldurlar. Mənə nə müraciət olub, nə həbs olunmuşam və nə də vergi ilə heç bir problemim yoxdur. Bu cür məlumatları məni ləkələmək üçün yayırlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR