Mahir Şükürov: "Qalan oyunlarında "Neftçi" maksimum xal toplamağa çalışacaq"

Mahir Şükürov: "Qalan oyunlarında "Neftçi" maksimum xal toplamağa çalışacaq"
12:27 18 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ "Biz "İnter"lə oyundakı qələbəmizin davamını gətirmək istəyirik. "Sumqayıt”a ilk dövrədə məğlub olmuşduq. Bu dəfə isə azarkeşlərimizi sevindirmək isəyirik". "Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mahir Şükürov Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt"la səfər oyunu barədə danışarkən, klubun rəsmi saytına açıqlamasında deyib.
34 yaşlı müdafiəçi azarkeşləri komandanı dəstəkləməyə çağırıb: "Səfər oyunu olmasına baxmayaraq inanıram ki, azarkeşlər bizi tək qoymayacaqlar. Qış fasiləsinə qədər qalan oyunlarımızda maksimum xal toplamağa çalışacağıq".
Qeyd edək ki, noyabrın 20-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt” - "Neftçi” oyunu saat 14:00-da başlanacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR