Azərbaycan bu il 5,1 mlrd.dollarlıq xam neft ixrac edib

Azərbaycan bu il 5,1 mlrd.dollarlıq xam neft ixrac edib
12:37 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 17,025 mln. ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda xam neftin dəyəri 5,149 mlrd. ABŞ dolları təşkil edib.
Bu ilin ilk 10 ayında xam neft ixracı ümumi ixracın 71,56%-ni təşkil edib.
Hesabat dövründə xam neftin miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9%, dəyəri isə 32% azalıb.
Qeyd edək ki, yanvar-oktyabr ayları ərzində Azərbaycanın ixracı 7,196 mlrd. dollar olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR