"Qələbəmizin davamını gətirmək istəyirik" - Mahir Şükürov

"Qələbəmizin davamını gətirmək istəyirik" -   Mahir Şükürov
12:47 18 Noyabr 2016
63 İdman
Ölkə mətbuatı
A- A+


“Neftçi” PFK-nın müdafiəçisi Mahir Şükürov klubun rəsmi saytına açıqlama verib. Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu “Sumqayıt”la oyun ərəfəsində bunları bildirib:


“İnter”lə oyundakı qələbəmizin davamını gətirmək istəyirik. “Sumqayıt”a ilk dövrədə məğlub olmuşduq. Bu baxımdan bu qarşılaşmada azarkeşlərimizi sevindirmək isəyirik. Səfər oyunu olmasına baxmayaraq inanıram ki, onlar bizi tək qoymayacaqlar. Qış fasiləsinə qədər qalan oyunlarımızda maksimum xal toplamağa çalışacağıq”.


Xatırladaq ki, “Sumqayıt” – “Neftçi” oyunu noyabrın 20-də “Kapital Bank Arena”da keçiriləcək və saat 14:00-da başlanacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqlbmizin-davamn-gtirmk-istyirikquot-t54251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR