Fərhad Qəribov qumar videosundan DANIŞDI: “Hardan bilir uduzmuşam, yanımda idi?” - VİDEO

Fərhad Qəribov qumar videosundan DANIŞDI: “Hardan bilir uduzmuşam, yanımda idi?” - VİDEO
12:48 18 Noyabr 2016
276 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin sabiq deputatı, bu yaxınlarda lisenziyası geri alınmış “Debüt bank”ın sabiq rəhbəri Fərhad Qəribov Tbilisidəki kazinoların birində 270 min dollar uduzması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

F.Qəribov Publika.az-a açıqlamasında iddia edib ki, yayılan videodakı şəxs o deyil:

“Mənim o qədər pulum var ki, kazinoya marağım da olsun? Qumar oynamaq mən yaşında adama yaraşan hərəkət deyil. Mən təqaüddə olan adamam, o qədər pul hardandı? Digər tərəfdən isə görün yayılan həmin videoda mən varam? O videoya oğlanlarım da baxıb. Ola bilər ki, o adam mənə bənzəyir. Ancaq videodakı adam mən deyiləm. Axı nə bilirlər ki, kazinoda mən uduzmuşam? Məgər onu yazan yanımda idi? Yalandan yazıblar. Mən də buna əhəmiyyət vermirəm”.

Xatırladaq ki, Milli Məclisin 2005-2015-ci illərdə Kürdəmir seçki dairəsindən seçilmiş deputatı Fərhad Qəribovun kazinoda qumar oynadığı və 270 min dollar uduzduğu iddia edilən video sosial şəbəkələrdə yayılıb.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/176430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR