Daha bir azərbaycanlı “O Səs Türkiyə”dən uzaqlaşdırıldı (VİDEO)

Daha bir azərbaycanlı “O Səs Türkiyə”dən uzaqlaşdırıldı (VİDEO)
04:21 6 Yanvar 2015
242 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə" müsabiqəsinin son buraxılışında növbəti duel çıxışları baş tutub.

ANS PRESS-in məlumatına görə, yarışmanın son buraxılışındakı duel mərhələsində həmyerlimiz Nicat Məhərrəmov türkiyəli iştirakçı Hüseyinlə mübarizə aparıb.

Gökhanın komandasında çıxış edən duel iştirakçıları məşhur “Ya evde yoksan” mahnısını ifa edib.

“O Səs Türkiyə”də ilk çıxışında ifa etdiyi "Əziz dostum" mahnısı ilə 3 münsifdən “Hə” cavabı alan Nicatın bu dəfə bəxti gətirməyib.

Sonda seçim edən Gökhan qrupda yolunu Hüseyinlə davam etdirmək istədiyini söyləyib.

Qeyd edək ki, ötən həftə keçirilən dueldə isə Hadisənin komandasında çıxış edən 24 yaşlı həmyerlimiz Çinarə Məlikzadə bəyənilməmişdi. Son yayımlanan duel gecəsində türk vətəndaşı ilə ailə quran həmyerlimiz Aygün İsmayılova Miyak da olub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=317904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR