Dünən gecə saatlarında Goranboyda oğurluq hadisəsi baş
verib.
Rayonun Xoylu kəndində Sənan Allahverdiyev ailə üzvləri ilə birgə
qohumlarının yas mərasiminə gedib. Qayıtdıqda isə evə “çağırılmamış
qonaqlar”ın girdiyini görüb.
Hələ ki, adı istintaqa məlum olmayan şəxs və ya şəxslər evdən 9 min
manat pul və qızıl-zinət əşyaları götürüblər.
Hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə məlumat verilib.
Hazırda oğurluq hadisəsini törədənlərin tapılaraq istintaqa cəlb
olunması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
(ARB)