Turizm şirkətlərinə elektron viza verilməsində güzəşt

Turizm şirkətlərinə elektron viza verilməsində güzəşt
12:54 18 Noyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda turistlərə elektron vizaların verilməsi ilə bağlı fəaliyyət göstərən turizm şirkətlərinə xüsusi güzəştlər tətbiq edilir.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə “Lisenziyalar və icazələr haqqında” qanunun 3 nömrəli (Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı) əlavəsində bəndlərdən birinin ləğv edilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılır.

 

Layihəyə əsasən, sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısından 82-ci bənd (turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətinin akkreditasiyadan keçməsi haqqında qərar) ləğv edilir. Bununla da turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycanda akkreditasiyadan keçməyə ehtiyac olmayacaq.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 29-da müzakirəyə çıxarılacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR