"26 ildir ki, ad günü qeyd etmirəm"

"26 ildir ki, ad günü qeyd etmirəm"
13:21 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan əməkdar incəsənət xadimi Tahir Əkbər səhhətindən danışıb.

Axşam.az-ın məlumatına görə, bəstəkar 26 ildir ad günü etmədiyini deyib:

"1 il öncə səhhətimdə problem yarandı. Allah hamıya can sağlığı versin, sağlamlıq ilə sınağa çəkməsin. Hərdən musiqiçilərimiz deyir ki, Tahir müəllim, sən əməliyyatdan sonra bir az da yaxşı yazırsan (gülür).
20 Yanvar tarixində anadan olmuşam. O hadisədən sonra dost-tanışa bəyan etmişəm ki, məni təbrik etməyin. Bu yaxşı çıxmaz. Həm də mənim üçün xoş deyil. Yubiley ilimdə hesabat verirəm. Mən bu hesabatı alnıaçıq, üzüağ verirəm. Dinləyicinin zövqünü oxşayıramsa, deməli hesabatım da yaxşıdır".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR