13 yaşında işə başladı, bir il sonra milyonçu oldu - FOTO

13 yaşında işə başladı, bir il sonra milyonçu oldu - FOTO
13:22 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

İngiltərədə yaşayan 14 yaşlı Harvi Millinqton milyonçu olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, unutqan avtomobil sürücülərinin vergi cəzası almamaları üçün onlara vergilərini nə zaman ödəmələrini göstərən çeklər hazırlamağa başlayıb.

13 yaşında işə başladığı ilk həftədə gənc oğlan 400 sifariş qəbul edib. Bu günə qədər çeklərdən 100 min funt-sterlinq qazanan Millinqton bu pulun 10 mini ilə işlərini asanlaşdıran avtomobil və 40 mininə isə 4 ərazi alıb.
 
Lakin onun aldığı ərazilərdən biri məşhur inşaat şirkətinin hədəfinə düşüb və iş adamı uşağa 2 milyon funt-sterlinq təklif edib.

İngilitərənin "Sun" qəzetinə danışan oğlan: "Şirkətlə görüşə getməmişdən qabaq mənə nə qədər təklif edəcəklərini bilmirdim. Geri çevrilməsi çətin bir məbləğ idi", - deyib. Onun atası isə oğluna işə başlaması üçün 2 min sterlinq verdiyini bildirib:

"Ona həyatda uğurlu olmağı öyrətdim. Çox praqmatik uşaq və böyük iş adamıdır".

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/490632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR