“Avropaya yeni enerji ehtiyatları lazımdır” - Azərbaycan prezidenti

“Avropaya yeni enerji ehtiyatları lazımdır” - Azərbaycan prezidenti
13:24 18 Noyabr 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

“Cənub Qaz Dəhlizi” layihəsi təbii qazımızı ən böyük bazar olan Avropaya ixrac etmək üçün lazımdır. Avropaya isə bu layihə ona görə lazımdır ki, Avropanın əlavə qaz mənbəyinə ehtiyacı var. Çünki Avropanın inkişafına əlavə enerji ehtiyatları lazımdır və Avropanı enerjini təchiz edən mövcud ehtiyatların bəziləri artıq tükənməkdədir, onlara yeni ehtiyat lazımdır”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüşü zamanı bəyan edib.

 

 

Dövlət başçısı qeyd edib ki, Xəzər regionunda, Azərbaycanda təsdiqlənmiş yeni qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir. Onun sözlərinə görə, bu, Avropa istehlakçılarını on illərlə qazla təmin etməyə kifayət edəcək: “Biz bu layihəni heç vaxt regionda icra olunan hər hansı bir digər qaz layihəsinə alternativ və ya rəqib kimi saymamışıq. Bizim layihəmiz yalnız artıq mənim qeyd etdiyim hədəfə doğru yönəlib: istehsal etmək, təchiz etmək, istehlakçıların ehtiyaclarını ödəmək, tranzit ölkələrini sevindirmək və həm də ölkəmiz üçün qazanc əldə etmək. Beləliklə, layihənin icrası cədvəl üzrə gedir. Avropada bəzi ekoloji narahatlıqlarla bağlı gecikmələr var idi. Lakin məndə olan məlumata görə, artıq bu məsələlər öz həllini tapıb. 2018-ci ildə TANAP layihəsi vaxtında istismara veriləcək. Ümid edirik ki, 2020-ci ilə qədər “Cənub Qaz Dəhlizi” layihəsinin digər hissələri də icra olunacaq. Lakin yenə də qeyd etmək istəyirəm ki, biz layihənin iştirakçısı olan 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və son mərhələdə layihəyə qoşulmaq arzusunu ifadə etmiş iki Balkan ölkəsi - Xorvatiya və Monteneqro arasında bu beynəlxalq əməkdaşlığı çox sıx şəkildə davam etdirməliyik”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259868

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR