Ermənistanda hərbi hissədə daha bir əsgər meyidi tapıldı

Ermənistanda hərbi hissədə daha bir əsgər meyidi tapıldı
13:27 18 Noyabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Tavuş vilayətində müqavilə əsasında xidmət aparan hərbçi ölüb. 

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq İdarəsi xəbər yayıb. 

Məlumata əsasən, noyabrın 17-də saat 21:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinin 1-ci motoatıcı taborunun yoxlama-keçid məntəqəsinin binasında pulemyotçu əsgər İvan Davit Hayrapetyanın meyidi aşkarlanıb. 

O ağızın sağ aşağı və başın sol yuxarı nahiyələrində odlu silah zədələri ilə tapılıb.

İstintaq işləri davam etdirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR