Ramil Şeydayev "Trabzonspor"dan ayrılır?

Ramil Şeydayev "Trabzonspor"dan ayrılır?
13:42 18 Noyabr 2016
78 İdman
Ölkə mətbuatı
A- A+

"Trabzonspor" klubu milli komandamızın hücumçusu Ramil Şeydayevi icarəyə göndərmək fikrindədir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi gənc futbolçunun daha çox oynaması üçün onu Super Liqanın digər klublarından birinə verəcək.

Şeydayev daha çox oynamaq üçün icarəyə göndərilməyin əleyhinə deyil.

Yay transfer pəncərəsində "Zenit"dən "Trabzonspor"a keçən Ramil Super Liqada debüt etməyib. Türkiyə Kubokunda 2 matçda meydana çıxan forvard 1 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR