Məlahət ilk klipini təqdim etdi - video+fotolar

Məlahət ilk klipini təqdim etdi -  video+fotolar
13:46 18 Noyabr 2016
186 Şou
Ölkə mətbuatı
A- A+

Gənc müğənni Məlahət İbrahim “Bəxtim” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, mahnının sözləri Naib Qaliboğluna, musiqisi Ruslan Səfəroğluna aiddir. Ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə edilib. Məlahətin ilk ekran işində imici üzərində stilist Nigar İbrahimova çalışıb.

M.İbrahim bildirib ki, ekran işində dörd obrazda görünüb:

“Klipin mövzusu sevgidir. Tərəf müqabilim model Coşqun Laçınzadədir. İlk işim olsa da, peşəkarlarla çalışdım. İnanıram ki, klip maraqla qarşılanacaq. Bundan sonra da maraqlı layihələrim olacaq. Yeni mahnılar üzərində çalışıram. Onlar arasından birinə klip çəkdirəcəm”.

Məlahətin fotolarını Ramin Aslanov lentə alıb.











Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61397

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR