"Şamaxinka"da qanlı olay

"Şamaxinka"da qanlı olay
14:12 18 Noyabr 2016
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıdan Siyəzən rayonuna getmək üçün taksi axtaran şəxs naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda, "Şamaxinka" kimi tanınan ərazidə baş verib.  
Belə ki, 27 yaşlı Fərid Tahir oğlu Yusifova iki nəfər naməlum şəxs yaxınlaşaraq ondan pul istəyiblər. Cibində rayona getmək üçün müəyyən məbləğdə pulu olduğunu deyən F.Yusifovla həmin şəxslər arasında mübahisə düşüb. Nəticədə onlar F.Yusifova iki bıçaq zərbəsi vuraraq ərazini tərk ediblər. 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR