Putin və Tramp dünyanı bölüşdürdü – GİZLİ YALTA GÖRÜŞÜ

Putin və Tramp dünyanı bölüşdürdü – GİZLİ YALTA GÖRÜŞÜ
14:18 18 Noyabr 2016
237 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın “Tagestsaytunq” qəzeti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni prezidenti Donald Trampın uydurma dialoqunu nəşr edib. Ssenariyə əsasən ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel Berlində görüşür. Bundan bir gün əvvəl isə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin gizli şəkildə Yaltada görüşürlər.

Publika.az Tramp və Putinin “gizli görüşü”ndən ən maraqlı detalları təqdim edir.

Tramp: Mən, əlbəttə, sənə ABŞ-ın nüvə kodlarını gətirmişəm. Şulerin şərəf məsələsi...

Putin: Minnətdaram, amma onlar məndə çoxdan var. Mən sənə Snoudeni (Rusiyaya sığınan keçmiş ABŞ kəşfiyyatçısı – red.) gətirmək istəyirdim, amma yolda təyyarədən düşdü. Hər kəs özünə bir ölkəni götürə bilər. Budur dünyanın xəritəsi.

Tramp: Sən başla!

Putin: Mən Çini götürürəm!

Tramp: Okey, onda mən ən böyüyünü götürəcəyəm. Bax budur!

Putin: Ey, bu Rusiyadır.

Tramp: Yaxşı, qoy adı olsun Rusiya.

Putin: Amma, bu axı mənimdir!

Tramp: Sən Çini seçdin!

Putin: Amma Rusiya artıq əvvəldən mənimdir. Bu mənim həyat məkanımdır.

Tramp: Bu haqda əvvəldən düşünməli idin…

Putin: Mən ABŞ-ı götürsəm, sən nə edəcəksən?

Tramp: Sən ABŞ-a tutmağı istəmədikcə, mənim vecimə də deyil.

Putin: Biz yenidən başlamalıyıq.

Tramp: Sən Baltikyanı ölkələri yenidən götürə bilməzsən? Mənim köməkçilərim son həftələrdə Estoniya ilə Litva arasındakı fərqlər haqda danışmaqla məni bezdirib. Bu, mənim üçün onsuz da qırmızı sousdur.

Putin: Yaxşı, mən onları götürəcəyəm. Bəs, Avropanın qalan hissəsini nə edəcəyik?

Tramp: Nəyi?

Putin: Av-ro-pa. Almaniya, Fransa, İtaliya, İspaniya.

Tramp: Bunların hamısı Avropadır? Hamısını götürə bilərsən. Bu zəiflərlə əylən! Amma mənə söz ver ki, bütün köhnə sarayları dağıdacaqsan və mənə yeni tikintilər üçün sifarişləri verəcəksən.

Putin: Amma mən bütün dünyanın qayğısına qala bilmirəm. Sən məndən yenə də nəsə götürməyə məcbursan. Başqa halda onlar öz müqəddəratını təyin etməklə bağlı məni bezdirəcəklər.

Tramp: Yaxşı, onda biz qalanlarla kastinq-şou təşkil edək. Studiyada 20 ən yaxşı diktator görmək istəyirəm. Və sonra biz tamaşaçıların zəngləri ilə onları böləcəyik. Bu şounun adını “Tramputinlə kim birinci uçacaq?” qoyaq.

Putin: Amerikalıların bu ideyalarına həmişə heyran oluram. Amma ağlıma yalnız MG və MIG gəlir.

Tramp: Hələblə nə edəcəyik? Adı nə idi?

Putin: Sən Əsədi nəzərdə tutursan?

Tramp: Xeyr, Hələbi. Sən bütün günü bombalayırsan.

Putin: Aha, sən şəhəri nəzərdə tutursan?

Tramp: O nədir? Şəhərdir? Bəs o, niyə indiyə kimi mövcuddur?

Putin: Çünki sizin qara prezidentiniz həmişə vətəndaş cəmiyyətinə göz gəzdirir. Əgər bu şəhəri yer üzündən silsək, səni qane edəcək? Onda orada gizlənən terrorçuları məhv edəcəyik.

Tramp: Sən hələ soruşursan? 2003-cü il sentyabrın 14-də çinlilər mənim göydələnlərimi partlatdılar. Onları təmizlə!

Putin: Hələb Suriyadadır...

Tramp: Fərqi nədir? Onsuz da Afrika elə Afrikadır. Amma məsləhətçilərim deyir ki, İsrailin qeydinə qalmalıyıq. Onların məscidlərinə görə narahatam. Hitlerin qızı Merkel onları müdafiə edə bilməzdi? Bizim neftimiz də ordandır, yoxsa necə?

Putin: Bəlkə sən neftin yerinə qaz alasan?

Tramp: Melanidən (həyat yoldaşı –red.) soruş, o, bizdə mətbəx işlərinə cavabdehdir. Yeri gəlmişkən, haradadır bu pinti?

Putin: Harahat olma, onu mənim insanlarım izləyirlər. Sabah ova gedək?

Tramp: Məmnuniyyətlə! Burada meksikalılar var?

Putin: Xeyr, amma çeçenlər və tatarlar var. Onlar ən azından müqavimət göstərirlər.

Tramp: Biz təcili mübadilə proqramını uyğunlaşdırmalıyıq. Vergi islahatı üçün mənə ixtisaslaşdırılmış personal lazımdır. Bu tərs müflis fermerlər könüllü şəkildə ödəmirlər.

Putin: Çox gözəl ideyadır! Biz Sibir üçün qeyri-leqal meksikalıları alacağıq! Kimsə qurğuşun əldə etməlidir.

Tramp: Bəli, qurğuşun bizə də lazımlıdır. Bu, yeganə şeydir ki, onu Supermən görə bilmir. Hər bir meksikalı üçün isə bizə rus qızı lazımdır.

Putin: Bizim slavyan Melani sənin zövqüncədir, elə deyilmi?

Tramp: Yeri gəlmişkən, sən homoseksuallarla daha sərt mübarizə aparmalısan!

Putin: Ehtiyatlı ol! Bizdə sənin o şəkillərin var…

Tramp: Okey, okey! Səndə Krım şampananından qalıb?...

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR