İki il əvvəl jurnalist Erhan Çeliklə ailə quran müğənni Gülben Ergenin boşanma xəbərləri yayılıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlüyün evliliyində böyük problem yaranıb. Evdə baş verən mübahisədən sonra Erhan evi tərk edib. Hazırda ayrı evlərdə yaşayan Gülben və Erhan hələ bu haqda açıqlama verməyiblər.
"Renkli sayfalar" proqramının aparıcıları müğənni ilə əlaqə saxlayıblar. O, "Uşaqların tətilləridir deyə, üç oğlumla ABŞ-a gedəcəyəm. Cavab haqqımı qayıtmağımdan sonraya saxlayıram" deyib.
E.Çelikin artıq nişan üzüyünü çıxartdığı da deyilir.