Avro dollara təslim olur - Səbəblər

Avro dollara təslim olur - Səbəblər
14:27 18 Noyabr 2016
142 Dünya
Ölkə mətbuatı
A- A+

Avro dollara nisbətən son 14 ildə ən aşağı səviyyəyə düşüb. Artıq birjalarda 1 avro almaq üçün 1,06 dollar almaq lazımdır. Habuki, 1 Avropa puluna bu ayın əvvəllərində 1 dollar 12 sent ödəmək lazım idi.

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçı qeyd edib ki, son həftələr 5 faizə yaxın dəyər itirən avronun ucuzlaşması Donald Trampın ABŞ prezidenti seçiləndən sonra daxili iqtisadiyyatın inkişafı haqda açıqlamaları ilə bağlı olsa da, daha sonra Federel Ehtiyatlar Sisteminin (FES) uçot stavkasını artırması ilə bağlı ehtimalları avronu dəyərsizləşdirdi:

"FES-in uçot stavkasını artıracağı halda dolların kəskin möhkəmlənəcəyindən ehtiyatlanan bir qism investorlar valyuta səbətində dəyişiklik edirlər ki, bu da avro təklifini artırır. İtaliyadakı seçkilər də qitənin vahid pulunun ucuzlaşmasında az rol oynamır. Bütövlükdə, mövcud qlobal iqtisadi reallıqlar fonunda noyabrın birinci yarısı avro üçün heç də düşərli olmadı. Valyuta ehtiyatlarımızın təxminən 30 faizinin avroda saxlanıldığını nəzər aldıqda Avropa pulunun ucuzlaşması Azərbaycana da təsirsiz ötüşmür. Bu, eyni zamanda dolayısı ilə olsa da, valyuta bazarında dollara tələbi daha da artırır".

Pünhan Mirzə

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR