"Sarkisyan yalan danışır, Ermənistanın "İsgəndər"i yoxdur"

"Sarkisyan yalan danışır, Ermənistanın "İsgəndər"i yoxdur"
14:32 18 Noyabr 2016
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın "Sputnik" beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyova verdiyi müsahibədə diqqətçəkən etiraflar edib.

Məsələn, Sarkisyan deyib ki, Rusiyanın "İsgəndər" raket komplekslərinin ölkə ərazisində yerləşdirilməsi məcburiyyətdən atılmış addımdır: ""İsgəndər" raket komplekslərinin Ermənistanda yerləşdirilməsi regionda hərbi balansın saxlanılmasına xidmət edən amildir. Hesab edirəm ki, bu, məcburi addım idi, hansısa formada regionda hərbi situasiyanı balanslaşdırmaq məqsədi daşıyırdı".

Azərbaycanın son illər ərzində yeni silahlar aldığını deyən Sarkisyan ölkəsinin buna imkanı olmadığını vurğulayıb: "Bizim Azərbaycan kimi imkanımız yoxdur, mən maliyyə imkanlarını nəzərdə tuturam. Lakin biz həmişə "antizəhər" tapmağa, situasiyanı balanslaşdırmağa çalışmışıq".

Milli.Az xəbər verir ki, Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə azvision.az-a bildirib ki, Sarkisyanın müsahibədə səsləndirdiyi bəyanatlar etiraflarla doludur.

"Bu etiraflardan biri də Ermənistan silahlı qüvvələrinin yeni silahlar əldə etməsi ilə bağlıdır. Əgər Ermənistan bir ölkə kimi inkişaf etsəydi, burada hər hansı bir problem olmazdı. Ermənistan militarist ölkədir. Bu ölkə Azərbaycan torpaqlarının bir hissəsini işğal edib. Ona görə də silahlı qüvvələrin təminatı və yeni silahların alınması bir nömrəli məsələdir. Ermənistanın iqtisadiyyatı, maddi resursları yoxdur. Bununla belə işğalçı ölkə dünyaya meydan oxumağa çalışır. Sarkisyan etiraf edir ki, dövlətin maliyyə imkanları yoxdur. Əgər Rusiya ara-sıra Ermənistana əvəzsiz silah verməsə, hesab edirəm ki, bu ölkənin vəziyyəti daha acınacaqlı olar".

"İsgəndər" raket kompleksləri ilə bağlı məsələyə gəlincə, millət vəkili hesab edir ki, Sarkisyan ictimaiyyəti aldatmaqla məşğuldur: "Ermənistanın hər hansı "İsgəndər" raket kompleksləri yoxdur. Bu komplekslər çox bahalıdır. Rusiya heç bir halda bunu Ermənistana güzəşt edə bilməz. Sadəcə görüntü naminə hərbi paraddan keçirilən bu kompleks yenidən Rusiya hərbi bazasına qaytarılıb".

A.Mirzəzadə vurğulayıb ki, Ermənistan heç vaxt Azərbaycanla hərbi balans yarada bilməz: "Bu ölkənin nə iqtisadi gücü, nə əhali sayı, nə də maddi imkanları Azərbaycanla balans əmələ gətirə bilər. Azərbaycanın hərbi qüdrətini artırması ancaq Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad etmək məqsədi daşıyır. Torpaqlar işğaldan azad edildikdən sonra buna o qədər də ehtiyac qalmayacaq".

Millət vəkili vurğulayıb ki, Ermənistan prezidentinin etirafları onun qorxu və təlaş içərisində olduğunu göstərir: "Bu gün Ermənistan özünün çıxılmaz vəziyyətdə olduğunu dərk edir. Bu müsahibə ilə Sarkisyan dünyaya yalvarır. Ancaq, bu çıxış yolu deyil. Azərbaycan dünyada özünü tanıda bilib, Dağlıq Qarabağ problemi ilə bağlı obyektiv informasiya möhkəmlənir. Bu səbəbdən Ermənistanın Azərbaycana torpaq iddialarından əl çəkməkdən başqa yolu yoxdur". 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gürcüstanda neft çəni partlayıb, yanğın olub

25 Sentyabr 2017 19:24

Cəlilabadda yanğının meşə sahəsinə keçməsinin qarşısı alınıb

25 Sentyabr 2017 19:22

“Taktiki səviyyəli hərbi mülki əlaqələr” mövzusunda kurs keçirilir

25 Sentyabr 2017 19:17

VIDEO: Tanınmış modelin dərisi soyuldu, qulağı kəsildi, bütün qanı axıdıldı -

25 Sentyabr 2017 19:16

Təranə əsəbiləşdi: “Uşağıma bic deyənlərin...”

25 Sentyabr 2017 19:13

Bu sosial şəbəkələr İŞİD-in yuvasına dönüb

25 Sentyabr 2017 18:58

Daşkəsəndə yol qəzası baş verib, xəsarət alanlar var

25 Sentyabr 2017 18:57

Kərkükdə fövqəladə vəziyyət elan olunub

25 Sentyabr 2017 18:52

Samiraldo ondan danışanları YIXIB-SÜRÜDÜ: “Uşağınızı zorlamışam?”

25 Sentyabr 2017 18:48

“Roma” Bakıya 19 futbolçu ilə gəlir

25 Sentyabr 2017 18:47

Ramin Musayev xəbərdarlıq etdi: "Nəticəsi ləğv olunacaq"

25 Sentyabr 2017 18:47

Sızanaqların müalicəsində ən keyfiyyətli üsul

25 Sentyabr 2017 18:43

Bu pişiyin səsini eşidənlər qorxuya düşürlər - VİDEO

25 Sentyabr 2017 18:38

"Roma" 5 hücumçuyla gəlir!

25 Sentyabr 2017 18:37

Oqtay Əliyev qızı ilə belə görüntüləndi - FOTOLAR

25 Sentyabr 2017 18:33

Sumqayıtda minik avtomobili yandı

25 Sentyabr 2017 18:33

Bakıda "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres keçiriləcək

25 Sentyabr 2017 18:32

"Roma" Bakıya bu heyətlə gəlir - SİYAHI

25 Sentyabr 2017 18:29

Avropa çempionatı: 1/4 finala yüksələn daha bir voleybol yığmasının adı müəyyənləşib

25 Sentyabr 2017 18:27

SOCAR-da Beynəlxalq Dəniz Gününə həsr olunan aksiya təşkil edilib

25 Sentyabr 2017 18:27

Neftçalaya daha 3 milyon manat vəsait ayrıldı

25 Sentyabr 2017 18:25

Yağış yağmadığına görə mollanı öldürdü

25 Sentyabr 2017 18:23

Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxslərin məhkəməsində zərərçəkmiş dindirilib

25 Sentyabr 2017 18:22

Neftçalaya 21,5 milyon manatı ayrıldı

25 Sentyabr 2017 18:18

ABŞ Putini devirmək üçün hərəkətə keçir - RƏSMİ BƏYANAT

25 Sentyabr 2017 18:18

Neftçalada çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrıldı

25 Sentyabr 2017 18:18

Bakıda Estoniyanın ali məktəblərinə daxil olmaq istəyənlər üçün informasiya sessiyası keçiriləcək

25 Sentyabr 2017 18:17

İlham Əliyev sinqapurlu yeni həmkarını təbrik edib

25 Sentyabr 2017 18:16

Prezindent Neftçalaya 21,5 milyon pul ayırdı

25 Sentyabr 2017 18:14

Neftçalaya 21.5 milyon manat vəsait ayrıldı

25 Sentyabr 2017 18:11

Bu da İbrahim Tatlısəsin gəlini - FOTOLAR

25 Sentyabr 2017 18:09

Azərbaycanda UNİKAL ƏMƏLİYYAT: xəstənin qan dövranı dayandırıldı və... - FOTO

25 Sentyabr 2017 18:08

Manaf Ağayev oğlunun qalmaqallı toyundan danışdı

25 Sentyabr 2017 18:05

İki uşaq arası özünü asdı - AZƏRBAYCANDA

25 Sentyabr 2017 18:04

Mahir Mədətovu bir də belə görün – FOTOLAR

25 Sentyabr 2017 18:03

Prezident İlham Əliyev sinqapurlu həmkarına təbrik məktubu ünvanlayıb

25 Sentyabr 2017 17:57

Dənizkənarı Milli Parkdan yığılan tullantıların həcmi

25 Sentyabr 2017 17:56

Tanınmış jurnalist çətin durumda - Övladı Hüseyn üçün kampaniyaya başladı... - VİDEO

25 Sentyabr 2017 17:53

SOCAR nümayəndələri TAP-ın tikinti ərazisində olublar

25 Sentyabr 2017 17:52

“Coca-Cola” içdikdən 10 dəqiqə sonra orqanizmdə NƏ BAŞ VERİR? - İNANMAYACAĞINIZ GERÇƏKLƏR

25 Sentyabr 2017 17:48

BOS ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək

25 Sentyabr 2017 17:47

13 yaşlı fotoqraf vəhşi təbiəti ƏLÇATAN YAXINLIQDA ÇƏKİR

25 Sentyabr 2017 17:43

Azərbaycan 1-ci qrup əlillərə və hərbi qulluqçulara islah işləri təyin olunmayacaq

25 Sentyabr 2017 17:42

Kərküklə bağlı qərar verildi

25 Sentyabr 2017 17:42

İnsan dərisilə üzlənən kitab - SON CÜMLƏ DƏHŞƏT SAÇIR - FOTOLAR

25 Sentyabr 2017 17:38

İstanbulda ombudsmanlar müsəlman ölkələrindəki müharibələri müzakirə ediblər

25 Sentyabr 2017 17:37

Müdafiə naziri Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

25 Sentyabr 2017 17:37

Sentyabrın 26-na manatın məzənnəsi

25 Sentyabr 2017 17:37

Bu smartfonun kamerası “ən yaxşı” adına layiq görülüb

25 Sentyabr 2017 17:35

Azərbaycan “ITU Telecom World 2017” beynəlxalq sərgi-konfransında təmsil olunur

25 Sentyabr 2017 17:35