Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib
14:35 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

18 noyabr 2016-cı il tarixdə Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı regionda fəaliyyət göstərən startapçılarla görüş keçiriblər.

Tədbirdə Azərbaycan Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev açılış nitqi ilə çıxış edərək universitetdə yaradılan İnnovativ Biznes İnkubator haqqında məlumat verib. Çıxış edənlərdən Fondun icraçı direktoru Elçin Zeynalov görüşün məqsədi və Fondun startap layihələrinə göstərdiyi dəstək haqqında söz açıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkının direktor müavini Kənan Bayramov çıxışında bildirib ki, bu gün yüksək texnologiyalar sahəsində yeni layihələrin başlaması və biznesin inkişafı üçün yaxşı imkanlar var və mövcud ekosistem inkişaf etdirilməkdədir.
 
Tədbirdə, həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkının, Mingəçevir Gənclər evinin və startap ekosisteminin digər üzvləri iştirak ediblər. Daha sonra Mingəçevirdən olan və qrant müsabiqəsində qalib olan "İntellektual Multi Bələdçi", "Öyrən, Tətbiq et və Qazan", "enjoymingo.az" və "Əl işinin ticarəti" layihələrinin təqdimatları keçirilib. Sonda qrant müsabiqəsində qalib olan layihə müəllifləri Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları ilə təltif edilib.
 
Məlumat üçün bildirək ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi son qrant müsabiqəsinə 121 layihə təqdim olunmuş, onlardan 112-si ilkin, 61-i isə kompleks ekspertizadan keçərək Müşahidə Şurasına təqdim olunub. Müşahidə Şurasının qərarı ilə 29 layihə qalib elan olunaraq, ümumilikdə 395 000 AZN qrant vəsaiti ayrılıb.
 
Qeyd edək ki, Fond və Yüksək Texnologiyalar Parkı regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılmasını davam etidirir. Fond tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universitetində, regionlarda isə Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və Gəncə Dövlət Universitetində biznes inkubatorlarının yaradılmasına dəstək verilib.
 
Bu kimi biznes inkubatorların və mərkəzlərin yaradılmasında əsas məqsəd gənclərin İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etməkdən ibarətdir. Fond ali təhsil müəssisələrində yeni biznes inkubatorların yaradılmasına dəstək verir, həmçinin  mövcud inkubatorlarda layihələrə dəstək məqsədi ilə mütəmadi infosessiyalar keçirilir.









Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44424-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR