Putin Vahid Ələkbərova "Rosneft"in səhmlərini təklif edib?

Putin Vahid Ələkbərova "Rosneft"in  səhmlərini təklif edib?
14:38 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin "Lukoyl"ın prezidenti Vahid Ələkbərova "Rosneft"in səhmlərini təklif etməyib.

Publika.az xəbər verir ki, belə bir bəyanatla Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov çıxış edib.

Rusiya mətbuatında Vladimir Putinin V.Ələkbərova "Rosneft"in səhmlərini almağı təklif etməsinə dair xəbərlər yayılıb. “Vedemosti” qəzeti isə yazır ki, 31 oktyabrda açılış mərasimlərindən birində V.Putin V.Ələkbərova “Rosneft”in özəlləşdirməsində iştirak etməyi təklif edib. Hətta prezident Azərbaycan əsilli iş adamını avtomobilinə dəvət edib. Onlar birlikdə Dumaya gediblər.

Bildirək ki, Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft”in səhmlərinin 19,5 faizinin ilin sonuna qədər özəlləşdirməyə çıxarılması planlaşdırılır.

Bir məqamı da qeyd edək ki, hazırda Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev “Rosneft” şirkətinə “Başneft”in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət almaqda günahlandırılır.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/176447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR