Azərbaycanda əhalinin 100 000-dən 1002-si psixi xəstəliklərdən əziyyət çəkir

Azərbaycanda  əhalinin 100 000-dən 1002-si psixi xəstəliklərdən əziyyət çəkir
14:47 18 Noyabr 2016
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanda müalicə-profilaktika müəssisələrində 96 079 nəfər psixi xəstəlikdən əziyyət çəkən insan qeydiyyatdadır.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəriciyə görə əhalinin hər 100 000 nəfərindən 1002,3 nəfəri psixi xəstəliklərdən əziyyət çəkir.
Qeyd edək ki, ötən il ərzində ölkədə ilk dəfə qoyulan diaqnozla psixi xəstə kimi qeydə alınanların sayı 5107 nəfər olub. Bu da əhalinin hər 100 mininə 53,6 nəfər edir.  

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/azerbaycanda-ehalinin-100-000-den-1002-si-psixi-xesteliklerden-eziyyet-cekir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR