İstanbulda azərbaycanlı jurnalistin imza günü keçirilib

İstanbulda azərbaycanlı jurnalistin imza günü keçirilib
14:49 18 Noyabr 2016
73 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə 35-ci TÜYAP Kitab Fuarı keçirilir. Lent.az-ın yenicag.az-a istinadən verdiyi məlumata görə, dünyanın və Türkiyənin tanınmış kitab markaları öz yayınlarını bu fuarda sərgiləyir, yazarları üçün imza günü təşkil edərək, oxucuları ilə görüşdürürlər. Hər il iki milyona yaxın insanın qatıldığı Kitab Fuarının keçirilməsi artıq ənənə şəklini alıb.

Türkiyənin məşhur imzaları ilə tanınan olan “Kırmızı Kedi” Kitab Yayın Evinin oxucuları ilə görüşdürdüyü növbəti yazarı Aqil Ələsgər oldu. “Sessiz İşgal-Azerbaycan`da FETÖ Örgütlenmesi” kitabı ilə Türkiyədə ciddi rezonansa səbəb olan azərbaycanlı yazar “Kırmızı Kedi” Kitab Yayın Evinin Fuardakı standında oxucuları ilə görüşdü.

Gözlənildiyindən daha geniş bir oxucu kütləsinin axın etdiyi imza törəni nəzərdə tutulandan bir neçə saat sonraya qədər davam etdi. Türkiyədən və Azərbaycandan tanınmış şəxslərin qatıldığı imza törəninə hakim Ədalət və İnkişaf Partiyasının İstanbul şəhər təşkilatı da ciddi dəstək verdi. AKP-nin Bəylikdüzü təşkilatının sədri İsmayıl Damatın qatıldığı imza törəninə Dünya Qarapapaq Türkləri Birliyinin sədri Seyfullah Türksoy, Azərbaycan Türkiyə İş Adamları Birliyinin başqanı Camal Yanğın, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqan müavini Mətin Özər, SİNERJİPRO Şirkətinin sahibi Ufuk Aydın, Afroavrasya Jurnalistlər Dərnəyinin qurucu başqanı Murat Palavar, İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elp, İstanbul Türkiyə Azərbaycan Kültür Dərnəyinin İdarə Heyətinin üzvü Camal Uygur, Düzcə Universitetinin professoru Gökmən Kılıçoğlu, İsparta Süleyman Dəmirəl Universitetindən İlker Özçelik və  başqa tanınmış simalar Aqil Ələsgərin İmza Gününə qatılaraq, dəstəklərini ifadə etdilər.

Qeyd edək ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə ittiham olunan Gülənin Azərbaycan fəaliyyətlərindən bəhs edən “Sessiz İşgal-Azerbaycan`da FETÖ Örgütlenmesi” kitabı (Kitabı türk dilinə yazar Mayıs Əlizadə çevirib) Yenicag.az İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgərin türk dilində ilk, sayca ikinci kitabıdır. Müəllifin eyni mövzuda Azərbaycan dilində nəşr olunan kitabı “Terrorun Gülən üzü” adlanır.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR