Səfir: "Azərbaycan və Küveyt arasında birbaşa aviareyslər açılacaq"

Səfir: "Azərbaycan və Küveyt arasında birbaşa aviareyslər açılacaq"
14:52 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Azərbaycan və Küveyt arasında birbaşa aviareyslərin açılması iki ölkə arasında iqtisadiyyat, ticarət, investitiya və turizm sahələrində əməkdaşlığın inkişafına və ticarət dövriyyəsinin artmasına gətirib çıxaracaq".

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman deyib.

Onun sözlərinə görə, hazırda ölkələr arasında xüsusilə turizm sahəsində əlaqələr inkişaf etməkdədir. Buna səbəb olaraq səfir Azərbaycanla Fars körfəzi ölkələri arasında viza rejiminin sadələşdirilməsini göstərib. O deyib ki, iki ölkə arasında birbaşa aviareyslərin açılması daha geniş inkişafa səbəb olacaq.

Azərbaycanın "AZAL" sərnişin və "Silk Way Airlines" yükdaşıyıcıları Küveytin şəhərlərinə birbaşa reyslərin açılması perspektivlərini öyrənir. Eyni zamanda, Küveytin "Əl Cəzirə" şirkəti Azərbaycana aviareyslər açmağı planlaşdırır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR