Bakıda 70 min manatlıq qızılı oğurlayan usta tutuldu

Bakıda 70 min manatlıq qızılı oğurlayan usta tutuldu
14:57 18 Noyabr 2016
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 70 min manatlıq qızıl əşyalarını oğurlamış Kürdəmir sakini tutulub.

Milli.Az DİN-ə istinadən bildirir ki, noyabrın 15-də Səbail rayonu ərazisində yaşayan Gülşən Rəfiyeva 9-cu Polis bölməsinə müraciət edərək sentyabrın 12-də evində usta işləyən Kürdəmir rayon sakini Rəşad Ömərov tərəfindən 70.000 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.

Səbail RPİ 9-cu PB əməkdaşları tərəfindən aparılmış araşdırmalarla fakt təsdiqini tapıb və həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Öməriov tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR