Toksoplazmoz nədir?

Toksoplazmoz nədir?
14:57 18 Noyabr 2016
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Toksoplazmoz xəstəliyi insanlara toksoplazmoz xəstəliyinə tutulmuş ev heyvanlarından, ev quşlarından, iribuynuzlu mal-qaradan keçir. Odur ki, bu heyvanlarla təmasda olan və onların məhsullarından istifadə edən şəxslər arasında bu xəstəliyə daha çox rast gəlmək olur. Toksoplazmoz xəstəliyini törədən mikrob insan orqanizminə qida vasitəsi ilə, ağızın selikli qişasından keçir. Mikrobların bir hissəsi mədə şirəsinin  təsirindən tələf olur, digər hissəsi isə qan və limfa yolları ilə orqanizmə yayılır.

Toksoplazmoz xəstəliyinin yayılmasına dovşanlar və ağ siçanlar daha çox səbəb olur. Bu heyvanlar xəstə heyvanların yem qalığı ilə xəstəliyi tezliklə yayırlar. Xəstəlik yuyulmamış meyvə-tərəvəz, xəstə heyvan və xəstə quşun ətindən insan orqanizminə keçir. Qadınlar arasında toksoplazmoza kişilərə nisbətən daha çox təsadüf olunur. Bu da bəzən qadınların mətbəxdə tam bişməmiş xəstə heyvan ətinin duzunu yoxlamaları ilə əlaqədardır. Bu xəstəyin törəməsi orqanizmə daxil olan mikrobun xəstəlik törətmə və orqanizmin müdafiə qabiliyyətindən asılıdır. Xəstəliyi törədən mikrob qan və limfa yolları vasitəsilə toxumalar arasında yayılaraq daxili orqanların iltihabına səbəb olur. Ən əvvəl baş beyin, göz, ürək əzələsi, qaraciyər iltihaba tutulur. Daxili üzvlərin toksoplazmoz xəstəliyi zamanı həmin üzv nahiyəsində ağrıların olması müşahidə edilir.

Bəs bu xəstəliyi necə müalicə etmək mümkündür? Xəstəlik müalicə olunmasa, insan orqanizmində hansı fəsadlar yarada bilər?

Bütün bu sualların cavabını bilmək və digər sağlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam nəsil" verilişini izləməyi unutmayın.

"Sağlam nəsil" Lider TV-də şənbə günü saat 18:00-da, təkrarı isə bazar günü saat 15:00-dadır.

Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.
Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

https://www.youtube.com/c/saglamnesil

https://www.facebook.com/SaglamNesil/?fref=ts

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/490778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR