2 boksçumuz Avropa çempionatını erkən başa vurdu

2 boksçumuz Avropa çempionatını erkən başa vurdu
15:05 18 Noyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın üçüncü günü Azərbaycan millisinin daha 2 idmançısı rinqə çıxıb. 

Təəssüf ki, hər 2 boksçumuz yarışı startdaca bitirib. Anaxanım Ağayeva (51 kq) Yelena Savelevaya (Rusiya) 0:3, Yana Alekseyevna (60 kq) isə Esra Yıldıza (Türkiyə) 1:2 hesabı ilə məğlub olub.
 
Bununla da çempionatla vidalaşan təmsilçilərimizin sayı 3-ə çatıb.
 
Bu gün isə daha 2 təmsilçimiz yarışa qoşulacaq. Məhsəti Həmzəyeva (57 kq) Ana Starovoitova (Litva), Şəhla Allahverdiyeva (64 kq) Gülsüm Tatarla (Türkiyə) döyüşəcək.
 
Qeyd edək ki, çempionata 9 boksçu ilə yollanan millimizin heyətində hələlik Anna Əlimərdanova (54 kq) ilk döyüşünü qələbə ilə bitirib. Belaruslu Elina Bruyeviçi 3:0 hesabı ilə məğlub edən boksçumuz 1/4 finalda Yelena Envalla (İsveç) qarşılaşacaq. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR