Komitə sədri boşanmaların səbəblərini açıqlayıb

Komitə sədri boşanmaların səbəblərini açıqlayıb
15:05 18 Noyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qeydə alınan boşanmaların səbəblərindən danışıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Hicran Hüseynova bildirib ki, bunun bir çox səbəbi var. Ən vacib problemin qızların ailə qurmağa fiziki, psixoloji cəhətdən hazır olmadığını deyən komitə sədrinin fikrincə, bunların nəticəsində problemlər yaranır. Onun sözlərinə görə, son dövrlər bölgələrdə qadınların sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində tədbirlər görülür: "Müşahidələr göstərir ki, qadının iqtisadi baxımdan müstəqil və güclü olduğu ailələrdə normal mühit yaranır. Həmin qadın maddi cəhətdən ailəsinə kömək edə bilir. Belə ailələrdə sağlam düşüncəli uşaqlar böyüyürlər. Təhsilli qadın hər zaman çalışacaq ki, uşaqları təhsil alsın, irəli getsin. Təəssüf ki, bu gün cəmiyyətimizdə problemli ailələr də var, məqsədimiz onlarla işləməkdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR