Türkiyə Rusiyadan "C-400" raketləri alır

Türkiyə Rusiyadan "C-400" raketləri alır
15:27 18 Noyabr 2016
125 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə orta və uzaq mənzilli "C-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə danışıqlar aparır.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşıq deyib. Nazirin sözlərinə görə, danışıqlar hazırda yalnız Rusiya ilə deyil, digər ölkələrlə də aparılır: 

"Rusiyanın bu məsələ ilə bağlı mövqeyi müsbətdir. Ümid edirəm ki, NATO-ya üzv ölkələr buna ciddi yanaşacaqlar və bizim sistem alyansın tələblərinə uyğun olacaq. Yekun hədəfimiz bu sistemi ölkəmizdə istehsal etməkdir".

Qeyd edək ki, Türkiyə hələ 2009-cu ildə bu raket komplesklərini Rusiyadan almaq istəyib. Lakin danışıqlar uğursuzluqla yekunlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR