"İçəri Şəhər" Estoniyada beynəlxalq film festivalında nümayiş olunub

"İçəri Şəhər" Estoniyada beynəlxalq film festivalında nümayiş olunub
15:27 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr.REPORT.AZ/ “İçəri Şəhər” bədii filminin Estoniyanın XX Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalında nümayiş edilib. 
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, filmin növbəti nümayişi noyabrın 21-də olacaq. “İçəri Şəhər” festivalın “Forum” proqramında iştirak edir. 
Məlumata görə, “İçəri Şəhər” Hindistanın XXI Kerala Beynəlxalq Film Festivalına və 47-ci Hindistan Beynəlxalq Film Festivalına (Qoa) dəvət alıb. Eyni zamanda, hazırda Misirin Qahirə Beynəlxalq Film Festivalında nümayiş olunur və tədbirdə filmin ssenari filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat da iştirak edir.
Qeyd edək ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Anar Xəlilov,Elmira Şabanova və digərləri canlandırıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/i-ceri-seher-estoniyada-beynelxalq-film-festivalinda-numayis-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR