Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə baş direktor təyin olunub

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə baş direktor təyin olunub
15:52 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) yeni baş direktor təyin olunub. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin müvafiq əmri ilə Rövşən Əliyev BTRİB-in baş direktoru vəzifəsinə təyin edilib.
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report" daxil olan məlumatda bildirilib. 
Qeyd edək ki, R.Əliyev bu ilin fevralın 5-ən İB-nin baş direktorunun müavini vəzifəsinə təyin olunub və baş direktor vəzifəsini müvəqqəti icra edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR