Əli Həsənov: "Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan Avrasiyanın giriş qapısı hesab olunur"

Əli Həsənov: "Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan Avrasiyanın giriş qapısı hesab olunur"
16:13 18 Noyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan Avrasiyanın giriş qapısı, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin mərkəzi dövləti hesab olunur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bugünkü iclasında "Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri" mövzusunda çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov deyib.

Ə.Həsənov çıxışında postsovet məkanı, Xəzər dənizi – Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionunda geosiyasi inkişafının əsas parametrləri, ölkələrin coğrafi mövqeyinin, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəziyyətinin xarakteristikası, geostrateji vəzifələri və perspektivləri təhlil edib.

O bildirib ki, Cənubi Qafqaz ölkələrinin müasir geosiyasi xarakteristikası, inkişaf tendensiyaları və perspektivlərini müəyyənləşdirən parametrlərə əsasən Azərbaycan Respublikası bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur: "Bu, ölkəmizin həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm də mövcud daxili inkişafını şərtləndirir. Azərbaycan coğrafi, təbii ehtiyatlar və insan resursları baxımından Cənubi Qafqazın lider ölkəsi hesab olunur. İnsan resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri də Azərbaycanda digər Cənubi Qafqaz ölkələrindən üstün və perspektivli görünür. Belə ki, 2015-ci ildə əhalinin təbii artımı Azərbaycanda 111 min, Gürcüstanda 10 min, Ermənistanda isə 12 min nəfər təşkil edib".

Ə.Həsənov qeyd edib ki, zəngin geoiqtisadi potensiala malik olan Xəzər dənizi hövzəsi və Cənubi Qafqazın ən əhəmiyyətli coğrafi mövqeyində yerləşməsi, iqtisadi və əmək resursları, insan potensialı baxımından üstünlüyü, əhalinin dövlət siyasətini dəstəkləmə, daxili sabitlik, milli-vətəndaş birliyi və sərhəd məskunlaşma xüsusiyyətləri, zəngin enerji mənbələri, Rusiya, Türkiyə və İran kimi regional lider statuslu ölkələrlə quru və dəniz sərhədlərinə malik olması, ABŞ və Qərbi Avropanın böyük ölkələri, Rusiya, Çin, Türkiyə, İran və İsrail kimi dövlətlərlə və beynəlxalq geosiyasi aktorlarla fəal geosiyasət aparması və digər parametrlər üzrə Azərbaycan geosiyasi və geoiqtisadi vəziyyət baxımından Cənubi Qafqazın şəksiz lideridir.

Prezidentin köməkçisi əlavə edib ki, 2015-ci ildə Cənubi Qafqazda ÜDM-in həcmi 75 milyard ABŞ dollarından çox olub ki, bunun da 70 faizi Azərbaycanın payına düşür: "Sənaye məhsulları üzrə Cənubi Qafqazda ümumi 20 mlrd. ABŞ dolları miqdarında istehsalın 80 faizi Azərbaycana məxsusdur. 2015-ci ildə bütün mənbələr üzrə Cənubi Qafqaza 26 milyard USD kapital qoyulmuşdur ki, onun da 19,5 mlrd. dolları (72%) Azərbaycana aiddir. Bu miqdarın 10,7 mlrd. dolları xarici kapital olub. Özünü təminat əmsalına görə Azərbaycan bir çox sahələrdə tam, yaxud qismən özünün təhlükəsizliyini təmin edib.

Beləliklə, Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi inkişaf vəziyyəti və perspektivləri digər ölkələrlə qətiyyən müqyisə olunmazdır. Bəhs olunan parametrlərə görə Ermənistan bütün regional və transmilli layihələrdən təcrid olunaraq ağır sosial-iqtisadi böhrana düçar olub. Bu ölkə tam və büsbütün olaraq asılı vəziyyətdədir, ayrılıqda heç bir geosiyasi və geoiqtisadi rola malik deyil. Azərbaycan bütün geosiyasi və geoiqtisadi parametrləri üzrə yalnız keçmiş SSRİ-nin qabaqcıl respublikaları hesab olunan Rusiya, Belarus və Qazaxıstan kimi ölkələrlə müqayisə oluna bilər".

O bildirib ki, Azərbaycan transmilli enerji ixracı dəhlizləri və nəqliyyat-kommunikasiya sistemində əlverişli mövqeyə malikdir: "Enerji daşıyıcıları üzrə Cənubi Qafqazda Azərbaycanın vəziyyəti ümumiyyətlə heç bir qonşu ölkə ilə müqayisə olunmazdır. Azərbaycanın enerji ehtiyatları 4.6 milyard ton şərti yanacaq - 2 mld. ton neft, 2,6 trln. k/metr təbii qaz təşkil edir. İxrac marşrutlarının şaxələndirilməsi Azərbaycana təhlükəsiz şəkildə öz karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmaq üçün əlverişli imkan yaradıb. Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan həm də Avrasiyanın giriş qapısı, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici bir vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturunun, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına mühüm təsir göstərir".

Cənubi Qafqazın mövcud hərbi-geostrateji vəziyyətlərinin xarakteristikası barədə danışan Ə.Həsənov qeyd edib ki, Azərbaycanın milli ordusunun say tərkibi, hərbi-texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyətinə görə həm Gürcüstandan, həm də Ermənistandan qat-qat yüksəkdir: "Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə miqdarına görə də Cənubi Qafqazın lider ölkəsi Azərbaycan hesab olunur. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, hər il kəskin şəkildə artmaqla 2015-ci ildə bu rəqəm 4,2 milyard ABŞ dolları təşkil edib".

Sərhədlərin vəziyyətini təhlil edən Ə.Həsənov deyib ki, Xəzəryanı və Cənubi Qafqaz ölkələri ilə ortaq sərhəd xətləri hələ də axıra qədər demarkasiya və delimitasiya edilməyib: "Azərbaycan ərazisinin 20%-i, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometri və Azərbaycan-Ermənistan dövlət sərhədinin 733 kilometri Ermənistan silahlı qüvvələri tərəfindən bilavasitə işğal olunmuşdur. Bununla yanaşı, Azərbaycanın Ermənistanı çıxmaq şərti ilə, digər qonşu dövlətlərlə sərhəd təhlükəsizliyi sahəsində regional əməkdaşlığı möhkəmləndirməsi, transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparması, Xəzər dənizi və müştərək quru sərhədlərin təhlükəsizliyi və mühafizəsi kimi məsələlərdə tərəfdaşlıq proseslərini dərinləşdirməsi sərhədlərin qorunma əmsalını artırır".

Prezidentin köməkçisi müasir dövrdə Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələr, ölkənin XXI əsrdəki uğurlarını və geosiyasi gələcəyini təmin edəcək milli strateji kursun əsas istiqamətləri barədə danışıb.

Qeyd edək ki, iclasda gündəliyə daxil edilmiş 21 elmi-təşkilati məsələyə baxılır.

Tədbirdə Prezident İlham Əliyevin “AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” sərəncamının icrası, “Azərbaycan elminin inkişaf doktrinası”nın layihəsi, ikinci Azərbaycan Elm Festivalının nəticələri, AMEA-nın Biofizika İnstitutunun nizamnaməsi və digər elmi-təşkilati məsələlər müzakirə edilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tramp Melaniyanı yenə təhqir etdi: DÜNYANIN DANIŞDIĞI GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 15:53

Küçə itləri universitet professorunu tikə-tikə etdilər

25 Sentyabr 2017 15:49

Arda Turan milyarder oğlunun sevgilisi ilə görüşür?

25 Sentyabr 2017 15:48

Çində stadionun mühafizəçiləri futbolçuları dəyənəklə döyüb

25 Sentyabr 2017 15:42

Azərbaycanlı qız şalvarını aşağı çəkib...

25 Sentyabr 2017 15:41

Ukrayna bu ərazilərdən məhrum olacaq – ŞOK PROQNOZ

25 Sentyabr 2017 15:38

Bakıda "Qədim Misir nağılları kiçik yaşlı Azərbaycan rəssamlarının gözü ilə" adlı rəsm sərgisi keçiriləcək

25 Sentyabr 2017 15:37

Yaponiyada "ağıllı" geyim üçün elastik günəş panelləri yaradılıb

25 Sentyabr 2017 15:35

Yeni robot insan kimi hərəkət etməyi öyrənir

25 Sentyabr 2017 15:35

Bərzanidən son dəqiqə açıqlaması

25 Sentyabr 2017 15:32

Azərbaycanın ən gözəl qızı aparıcı oldu

25 Sentyabr 2017 15:29

PKK Kərkükə girdi: işğala saatlar qaldı - VİDEO

25 Sentyabr 2017 15:28

DGK sədri BP şirkətinin regional prezidentini qəbul edib

25 Sentyabr 2017 15:27

Türkiyədə İraqın şimalından neft tranzitinin dayandırılmasını istisna etmirlər

25 Sentyabr 2017 15:22

Balakəndə inək oğrusu saxlanılıb

25 Sentyabr 2017 15:19

Ermənistanda iki əsgər güllələnib

25 Sentyabr 2017 15:19

Suriya havadan hücuma məruz qaldı: 61 dinc sakin həlak oldu

25 Sentyabr 2017 15:18

Stavropolda Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

25 Sentyabr 2017 15:17

I divizionun püşkü atıldı

25 Sentyabr 2017 15:17

Tanınmış müğənni, bəstəkar Murad Arif Metbuat.az-ın qonağıdır

25 Sentyabr 2017 15:15

Mərcimək şorbasının hazırlanması

25 Sentyabr 2017 15:14

Aydın Əliyev BP-in regional prezidenti ilə görüşüb

25 Sentyabr 2017 15:09

Türk cərrahla evlənən Cəmilənin İSTANBULDAKI nikahından ÖZƏL FOTOLAR

25 Sentyabr 2017 15:08

Ermənistan ordusunda hərbçilərlə komandirləri arasında dava düşüb, iki əsgər güllələnib

25 Sentyabr 2017 15:07

Bulvarın avtomobil dayanacağı velosipedçilər və piyadalar üçün təhlükə yaradır

25 Sentyabr 2017 15:07

"AVRO-2017": Millimiz 1/4 finala çıxa biləcək? - YENİLƏNİR

25 Sentyabr 2017 15:07

İrandan növbəti qərar

25 Sentyabr 2017 15:07

BP şirkəti ilə Azərbaycan Gömrük Xidməti arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir

25 Sentyabr 2017 15:03

Proqnoz: Dollar ilin sonuna qədər 4% möhkəmlənə bilər

25 Sentyabr 2017 15:02

Bakıda DƏHŞƏT: döyüldüyü üçün infarkt olub, öldü - TƏFƏRRÜAT

25 Sentyabr 2017 14:58

SON DƏQİQƏ: Kərkükdə döyüş başlayır, türkman şəhəri İŞĞAL EDİLİR - ÖZƏL

25 Sentyabr 2017 14:53

Muğanlı-İsmayıllı yolu yenidən qurulur

25 Sentyabr 2017 14:53

Rusiyada dəhşət: ər-arvad 30-dan çox adamı öldürərək yedilər

25 Sentyabr 2017 14:49

Ərdoğan Ankaranın “kozır”ını AÇIQLADI

25 Sentyabr 2017 14:48

BP-nin Bakıdakı baş ofisində tüstülənmə olub, bütün işçilər təxliyyə edilib

25 Sentyabr 2017 14:47

“Unibank” müəllimlər üçün aksiya keçirir

25 Sentyabr 2017 14:47

Arda Turanın yeni sevgilisi - FOTOLAR

25 Sentyabr 2017 14:47

HƏRRAC: 25 səhmdar cəmiyyət satışa çıxarıldı

25 Sentyabr 2017 14:46

Bakının əsrarəngiz qonağı: “Çadralıları görəndə dedim Azərbaycana nə olub?” - MÜSAHİBƏ

25 Sentyabr 2017 14:44

Ermənistanda zavod partladı

25 Sentyabr 2017 14:43

Mixeil Saakaşvili: "Ukrayna xalqı Nazirlər Kabinetinin bütün üzvlərini göndərəcək"

25 Sentyabr 2017 14:42

Muğanlı-İsmayıllı yolunda təmir-bərpa işləri aparılır

25 Sentyabr 2017 14:42

"Türkiyə əlini-qolunu bağlayıb oturmaq fikrində deyil"

25 Sentyabr 2017 14:42

® Müəllimlərin Unibanka gəlməsi üçün 3 səbəb!

25 Sentyabr 2017 14:39

İran Liviya və Nigeriyada neft hasilatının azaldılmasını təklif edir

25 Sentyabr 2017 14:37

Komandası qol vurdu, baş məşqçi zədələndi

25 Sentyabr 2017 14:37

“Nokia 8” smartfonunun yeni versiyası satışa çıxarılacaq

25 Sentyabr 2017 14:35

Ermənistanda zavodda PARTLAYIŞ

25 Sentyabr 2017 14:34

Namiq Mənaya yüksək vəzifə verildi

25 Sentyabr 2017 14:34

"Qarabağ" - "Roma" oyunu portuqaliyalı hakimlərə tapşırıldı

25 Sentyabr 2017 14:33