AFFA xəbərdarlıq etdi - Ciddi sanksiyalar olacaq

AFFA xəbərdarlıq etdi - Ciddi sanksiyalar olacaq
16:17 18 Noyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmalarını davam etdirir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komissiyanın qərarına əsasən, I divizion komandaları arasında bu gün keçiriləcək oyunlara nəzarət daha da gücləndiriləcək.

Belə ki, bu məqsədlə hakimlər komandalara da ciddi tapşırıqlar verəcək. Oyundan əvvəl hakimlər məşqçilər və futbolçularla görüşərək komissiyanın tapşırıqlarını onların nəzərinə çatdıracaq. Komissiya tərəfindən bu istiqamətdə aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR