İşsizlərə iş verildi

İşsizlərə iş verildi
04:51 6 Yanvar 2015
277 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il ərzində Qax Rayon Məşğulluq Mərkəzinin köməyi ilə 249 nəfər işaxtaran vətəndaş işə düzəlib. Bundan əlavə, 31 nəfər haqqı ödənilən müvəqqəti ictimai işlərə, 40 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib. İyunda keçirilən sonuncu əmək yarmarkasında 51 nəfər işə göndəriş əldə edib.

ANS PRESS-in məlumatına görə, rayon məşğulluq mərkəzindən AzərTAc-a bildirilib ki, hazırda qurumda 749 nəfər işaxtaran kimi qeydiyyatdadır. Onlardan 241 nəfərinə işsizlik statusu verilib, 47 nəfərə müavinət təyin olunub.

Ötən il qurum tərəfindən qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə müxtəlif tədbirlər, “Məşğulluq xidməti orqanlarının fəaliyyətində sosial tərəfdaşların rolu” mövzusunda “dəyirmi masa”lar təşkil olunub. Bundan əlavə, gənclərin peşə seçmələrinə kömək məqsədilə Güllük və Zərnə kəndlərində “Gənclərin səmərəli məşğulluğunun təmin edilməsində peşəyönümü işinin təşkili” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=317905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR