Hindistanlılar kütləvi şəkildə böyrəklərinin XİN başçısına köçürülməsini təklif edirlər

Hindistanlılar kütləvi şəkildə böyrəklərinin XİN başçısına köçürülməsini təklif edirlər
16:22 18 Noyabr 2016
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Hindistanda sosial şəbəkə istifadəçiləri kütləvi şəkildə böyrəklərinin ölkənin xarici işlər naziri Suşma Svaraca köçürülməsini təklif edirlər.
"Report" BBC-yə istinadən xəbər verir ki, hindistanlılar bu addımı XİN başçısının "Twitter"də analiz verdiyini, orqanın transplantasiyasına hazırlaşdığını yazmasından sonra atıblar.
S.Svaraca hər bir istifadəçiyə fərdi qaydada yazmasa da, "Twitter"də bütün dostlarına minnətdar olduğunu bildirib.
Qeyd edək ki, 54 yaşlı xarici işlər naziri xroniki şəkərli diabet xəstəsidir. Xanım nazir noyabrın əvvəllərində xəstəxanaya yerləşdirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistanlilar-kutlevi-sekilde-boyreklerinin-xi-n-bascisina-kocurulmesini-teklif-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR