NATO baş katibi noyabrın 20-də İstanbula gedəcək

NATO baş katibi noyabrın 20-də İstanbula gedəcək
16:27 18 Noyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 20-də İstanbula gedəcəyini bildirib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə Almaniyanın Marşall Fondunun nümayəndəliyində çıxışı zamanı deyib.
Y.Stoltenberqin sözlərinə görə, Türkiyəyə NATO-nun Parlamentlərarası Assambleyasında iştirak etmək üçün səfər edəcək.
Baş katib "Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında ünsiyyətə necə baxırsınız" sualını cavablandırarkən, burada qeyri-adi heç nəyin olmadığını, bunun beynəlxalq dövlətlərarası münasibətlər təcrübədəsində adi hal olduğunu vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/nato-bas-katibi-noyabrin-20-de-i-stanbula-gedecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR