Trampa Ukrayna üzrə plan-strategiya təklif etdilər

Trampa Ukrayna üzrə plan-strategiya təklif etdilər
16:38 18 Noyabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa ABŞ-ın Ukrayna barəsində hərəkətlərinin plan-strategiyası təklif edilib.

Publika.az xəbər verir ki, plan-strategiya beynəlxalq hüquq mütəxəssisləri Ceffri Berta, Ceyms Qitç, Piter Pettibon və Tomas Şillinqlou tərəfindən “The National Interest” nəşrində dərc edilib.

Plan Donbas və Krımın statusu probleminin həlli, həmçinin Ukraynanın iqtisadi bərpasının təminatı üçün maliyyə yardımı paketini nəzərdə tutur və üç addımdan ibarətdir.

1. Qərb və Rusiya qeyri-müəyyən müddətə Krımın statusu haqqında “razılaşmamaq barədə razılaşmalıdır”. Qeyd edilir ki, 1940-cı illərdən SSRİ-nin dağılmasına qədər üç Baltikyanı ölkə barəsində məhz bu cür siyasət həyata keçirilirdi.

2. Tərəflər atəşin dayandırılması rejiminə riayət edərək Ukraynanın ərazisi kimi Donbasda status-kvosunun saxlanılmasına razılaşırlar.

3. Rusiya, ABŞ və Avropa İttifaqının iştirakı ilə Ukraynanın iqtisadi bərpası üçün yardım paketi yaradılır.

Hüquqşünaslar əmindir ki, belə bir strategiyanın təşəbbüskarı Donald Tramp administrasiyası olmalıdır. “Rusiya lideri Vladimir Putinə siqnal ola bilər ki, Ukrayna məsələsinə etinasızlıq göstərmirlər və ABŞ-ın yeni prezidenti konstruktiv münasibətlərin bərpası üzərində işləməyə hazırdır”, - beynəlxalq hüquq mütəxəssisləri qeyd edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR